
2022-ci ilin 10 ayı ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda proqnoza nisbətdə 144.4 mln. manat və ya 4.1% artım qeydə alınıb.
İndex.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Məlumata əsasən, büdcə təşkilatları üzrə daxilolmada ötən ilin müvafiq dövrü ilə müqayisədə 186.3 mln. manat və ya 16.6%, qeyri-büdcə təşkilatları üzrə isə 387.1 mln. manat və ya 19.4% artım müşahidə olunub.