“Azərbaycan Dəmir Yolları”na işçi axtarılır

Azərbaycan Dəmir Yolları

İnsan resursları üzrə mütəxəssis (Salyan)

İşin təsviri:

  • Əmək qanunvericiliyindən irəli gələn sənədləşmə və kadr-uçot işinin aparılması;
  • Kadrlar üzrə müvafiq hesabatların tərtib edilməsi və aidiyyəti üzrə tələb olunan yerə vaxtında təqdim edilməsi;
  • İşçilərin müvafiq məlumatlarının və kadr inzibatçılığı ilə bağlı əməliyyatlarının “Elektron hökumət” portalında işlənilməsi;
  • Əmək haqqının hesablanması üzrə işlərin icra edilməsi;
  • İşə qəbul, adaptasiya, insan resurslarının planlaşdırılması, təlim və karyera, xidməti fəaliyyətin qiymətləndirilməsi və s. kimi insan resurslarının idarə edilməsi funksiyalarının icra edilməsi;
  • Rəhbərliyə aylıq görülmüş işlər barədə hesabatın verilməsi;
  • Bölmənin gündəlik fəaliyyəti ilə əlaqədar digər zəruri işlərin icra edilməsi.

Tələb olunan təhsil, təcrübə və bacarıqlar:

  • Ali təhsil (iqtisadiyyat, idarəetmə, mühəndislik, psixologiya sahələri üzrə ali təhsil üstünlükdür);
  • Müvafiq sahə üzrə 1 il iş təcrübəsi;
  • MS Office proqramlarından yaxşı səviyyədə istifadə etmək bacarığı;
  • Azərbaycan Respublikasının əmək qanunvericiliyinə dair biliklər;
  • Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair biliklər;
  • Kadr işinin təşkili, sənədləşmə və hesabatların tərtib edilməsinə dair biliklər;
  • İnsan resurslarının idarə edilməsi sahəsində nəzəri biliklər.

Müraciət etmə qaydaları:

Maraqlanan namizədlərdən aşağıda link vasitəsilə “Azərbaycan Dəmir Yolları” QSC-nin rəsmi karyera səhifəsinə keçid edərək vakansiyaya müraciət etmələri xahiş olunur.

Son müraciət tarixi: 25.11.2022

Son tarix 26 noy 2022 – Müraciət et