Əhaliyə 7 milyardlıq ödənişli xidmətlər göstərilib

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 7 milyard 226,8 milyon manat təşkil edib.

İndex.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 6,9 % çoxdur.

Məlumata görə, hüquqi şəxslər tərəfindən əhaliyə 5 milyard 511,4 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 76,3 %-ini təşkil edib.

Bu ilin yanvar-oktyabr aylarında hər bir ölkə sakini orta hesabla 718,1 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 106,6 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.