Bakı-Sumqayıt yolunda “Prius” sürücüsü sərnişini bıçaqladı

Bakıda taksi sürücüsünün sərnişini bıçaqlamasının təfərrüatı məlum olub.

İndex.az xəbər verir ki, hadisə Bakı-Sumqayıt şossesinin Binəqədi rayonu ərazisinə düşən hissəsində baş verib.

1998-ci il təvəllüdlü Vəliyev Əli Gündüz oğlu “Toyota” markalı avtomobildə sərnişin qismində əyləşərkən onu sürücü bıçaqlayıb.

Yaralı sol diz və sol kürək nahiyəsinin bıçaqlanması diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Ə.Vəliyevi bıçaqlayan onun qaynıdır. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, hadisə qohumlar arasında şəxsi münasibətlər zəmnində baş verib. Hadisəni törədən şəxs məlumdur. Hazırda müvafiq ekspertiza işləri aparılır.