Oktyabrda Azərbaycanda neft hasilatı 547,2 min barel olub

Bu ilin oktyabr ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 663,8 min barel olub.

İndex.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, hasil olunan neftin 547,2 min barelini xam neft, 116,6 min barelini isə kondensat təşkil edib.

Qeyd edək ki, “OPEC plus” ölkələri nazirlərinin 32-ci iclasında qəbul edilmiş qərara əsasən, oktyabrda Azərbaycanda gündəlik 717 min barel xam neft hasilatı nəzərdə tutulurdu.