Bu gün saat 19:00-da Monteneqro Slovakiyanı qəbul edəcək. Aralarında olan son oyunda Slovakiyaya məğlub olan Monteneqro bu dəfə qalib gələ biləcək? Cavab bizim proqnozumuzdadır.
MONTENEQRO
Monteneqro, gözlənildiyi kimi, öz qrupunda Dünya Çempionatına vəsiqə əldə edə bilmədi. Norveç, Türkiyə və Hollandiyadan sonra 4-cü yeri tutan Miodraq Raduloviçin komandası Millətlər Liqasında da uğursuz oldu. Burada öz qrupunda 3 yeri tutsa da heç olmasa B Liqasında qala bildi.
SLOVAKİYA
Slovakiya millisinin mundiala vəsiqə qazanmaq üçün real imkanları yox idi. Təsnifat mərhələsində mundiala vəsiqə üçün mübarizə aparmağa çalışsalar da, Rusiya və Xorvatiya açıq-aşkar onları üstələyərək qrupda saxladı. Millətlər Liqasında Françesko Kalzonenin komandası da bugünkü rəqibləri kimi çox zəif oynadı. Milli komandamızın da yer aldığı qrupda slovaklar, Qazaxıstan və milli komandamızdan sonra 3-cü yerlə kifayətlənməli oldular. Beləcə B liqasına qalxmaq Slovakiya üçün mümkün olmadı.
PROQNOZ
Monteneqro millisi son illər yaxşı çıxış etmir. Məşqçi dəyişikliyinə baxmayaraq, komanda da heç bir irəliləyiş yoxdur. Slovakiya da, öz növbəsində son turnirlərdə ciddi nailiyyətlər əldə etməsə də, ümumilikdə heyətin kefiyyəti və təcrübəsi baxımından rəqibdən üstündürlər. Slovakların yüksək keyfiyyətli hücumçuları üçün Monteneqronun qeyri-sabit çıxış edən müdafiəsi bu gün çətin ki, problem yarada bilsin.
İlk proqnozumuz Slovakiyanın ən azı 1 qol vuracağıdır – 1.45
Monteneqro son 5 oyundan yalnız 1-də qalib gəlib. Komandanın belə nəticəsinə görə baş məşqçi bu gün yəqin ki, rotasiyaya da əl atacaq. Bunun isə komandanı daha yaxşılaşdıracağını düşünmürük. Slovakiya millisinin baş məşqçisi də gəncləri və ehtiyatda olanları mütləq yoxlayacaq.
İkinci mərcimiz Slovakiya üçün Asiya handikapı (0) olacaq – 2.15
BUKMEKERLƏR NƏ DEYİR?
Dəqiq hesab: 1:2 – 10.75
Slovakiya 2-ci hissədə qol vuracaq – 2.07
Monteneqro ilk hissədə qol vuracaq – 2.27