Portuqaliya – Nigeriya oyununa 8.70 əmsallıq PROQNOZ

Bu gün saat 22:45-də Portuqaliya milli komandası Nigeriya millisi ilə qarşılaşacaq. Fİziki cəhətdən güclü olan afrikalılar Portuqaliyanı məğlub edə bilərmi? Cavab proqnozdadır.

PORTUQALİYA

Portuqaliya millisi çətinliklə Dünya Çempionatına vəsiqə qazandı. Onlar DÇ-nın seçmə mərhələsində öz qruplarında 2-ci olaraq liderliyi Serbiyaya verdilər. Lakin pley-offda Türkiyə (3:1) və Şimali Makedoniya (2:0) ilə qarşılaşan Fernando Santosun komandası qazandığı qələbələrlə muntiala vəsiqəni təmin etdi.

Millətlər Liqasında da Portuqaliya öz qrupunda lider ola bilmədi. Son turda İspaniyaya 0:1 hesablı məğlubiyyət portuqalları qrupda 2-ci etdi.

NİGERİYA

Nigeriya millisi Dünya Çempionatına vəsiqə qazana bilməyib. Komanda öz qrupunda nə qədər uğurlu olsa da, Augustine Equavonun yetirmələri Qana komandasına pley-off mərhələsində uduzaraq mundialdan kənarda qalıblar. Həmçinin, nigeriyalılar, Afrika Millətlər Kubokunda da zəif çıxış etdilər. Yenə də qrupda uğurlu çıxış edərək 1/8 finala yüksəlsələr də, burada Tunisə 0:1 hesabı ilə məğlub olub mübarizəni dayandırdılar. Bu uğursuzluqdan sonra komandanın sükanı arxasına portuqaliyalı Xose Pezeyro gətirildi.

PROQNOZ

Nigeriya yüksək keyfiyyətli və sürətli hücuma malikdir. Afrikalılar rəqibin müdafiəsində zəif yer tapmağa can atacaqlar. Lakin portuqalların heyəti Nigeriyaya həm müdafiədə, həm mərkəzdə, həm də hücumda layiqli cavab vermək üçün kifayyət qədər güclüdür. Qarşılaşmada hər 2 tərəfin qol vura biləcəyinə inanırıq.

Bizim ilk proqnozumuz hər 2 komandanın qol vuracağıdır – 2.35

Portuqaliya millisi çətin ki, Dünya Çempionatının başlamasına 1 neçə gün qalmış heyətin hamısını 100% istifadə edib gücdən salsın. Aydındır ki, heyətin kefiyyəti baxımından güclü olan portuqallar rəqibləri üzərində qələbə qazanmağa çalışacaqlar. Lakin Nigeriyanın da mütləq məğlub olacağına inanmaq olmaz. Nigeriya millisi yaxşı müdafiə olunmağı bacarır və hesabda geri düşsə belə məğlubiyyətdən yaxa qurtara bilir.

İkinci mərcimiz Nigeriya üzərində Asiya handikapı (+2) olacaq – 1.61

BUKMEKERLƏR NƏ DEYİR?

Dəqiq hesab: 2:1 – 8.70

Portuqaliya ilk hissədə qol vuracaq – 1.47

Penalti olacaq – 2.57