“Ufa” – “Dinamo Mahaçqala” oyununa özəl PROQNOZ

Bu gün saat 16:00-da Rusiya Kubokunun regionlar üzrə keçirilən yarışında “Ufa” “Dinamo Mahaçqala”nı qəbul edəcək. Qonaqlar çoxsaylı problemləri olan meydan sahiblərinə qalib gələ biləcəklərmi? Cavab bizim proqnozumuzdadır.

UFA

1-ci liqadakı “Ufa” heç də yaxşı çıxış etmir. Denis Popovun komandası hazırda 18 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb. Son turda “Volqa Ulyanovsk”a uduzaraq (1:2) komanda çempionatdakı vəziyyətini daha da ağırlaşdırdı.

Rusiya Kubokunun əvvəlki mərhələlərində regionlar üzrə keçirilən yarışlarda “Ufa” “Kuban Holdinq” və “Dinamo Bryansk” komandalarını hər ikisini 1:0 hesabı ilə məğlub edərək, finala vəsiqə qazanıb.

DİNAMO MAHAÇQALA

Qoran Aleksiçin yetirmələrinin 6 qələbəsi və 7 heç-heçəsi kluba 1-ci liqada 25 xal qazandırıb. Turnir cədvəlində 11-ci pillədə qərarlaşan mahaçqalalılar son turda Moskva “Veles”ini üstələyərək (1:0) ilk 10-luq uğrunda mübarizəni davam etdiriblər.

Rusiya kubokunun əvvəlki mərhələlərində regionlar üzrə keçirilən yarışlarda Mahaçqala “Dinamo”su “Vladivostok”u 1:0 və “Avanqard Kursk”u 2:0 hesabı ilə məğlub etməyi bacarıb.

PROQNOZ

Güman edirik ki, bugünkü görüşdə rəqiblər əsasən müdafiədən oynayacaq və bəzi məqamlarda matç sürətlənəcək. Çempionatda son 4 oyunda qonaqlar, son 2 görüşdə isə meydan sahibləri heç-heçə ediblər. Fikrimizcə, bugünkü oyunun ilk hissi heç-heçə başa çatacaq.

Bizim ilk proqnozumuz birinci hissənin heç-heçə bitəcəyidir – 1.87

Bu qarşılaşmada biz qonaqların qələbəsinə inanırıq. Lakin, bukmekerlər maliyyə problemləri ilə üzləşən meydan sahiblərini görüşün favoriti hesab edir. Rəqiblər ehtiyatlı oyuna üstünlük verəcəklər. Bugün komandalardan bol qollu oyun gözləməyə dəyməz. Çox güman ki, matçın taleyini bir top həll edəcək.

İkinci mərcimiz oyunda 2-dən az qol olacağıdır – 1,5 ALT (2.55)

BUKMEKERLƏR NƏ DEYİR?

Dəqiq hesab: 0:1 – 7.50

“Dinamo Mahaçqala” 2-ci hissədə qol vuracaq – 1.92

“Ufa” ilk hissədə qol vurmayacaq – 1.55