“Bu il “Azəriqaz”a borcumuz qalmayıb” – “Azəristiliktəchizat”

Bu ilin 10 ayında “Azəristiliktəchizat” ASC-nin istifadə etdiyi təbii qazın dəyəri Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə tam ödənilib.

İndex.az xəbər verir ki, bunu “Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifələrini müvəqqəti icra edən İlham Mirzəliyev qurumun 2022-2023-cü illər payız-qış növsmü ilə bağlı keçirdiyi brifinqdə deyib.

“Nəticədə “Azəriqaz”la bu gün aramızda heç bir problem yoxdur və bütün qazanxanalarımıza qazın verilməsində maneə olmayıb”, – deyə İ.Mirzəliyev əlavə edib.

Qeyd edək ki, ötən qış mövsümünü “Azəristiliktəchizat” 41 milyon manat debitor borcla başa vurmuşdu.