Bu bankların depozit portfeli azalıb

Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 3-nün bu il oktyabrın 1-nə depozit portfeli illik müqayisədə az olub.

Bunlar “Rabitəbank”, “Bank VTB Azərbaycan” və “Azərbaycan Sənaye Bankı” (ASB) ASC-lərdir.

Ən çox azalma ASB-də (25,9%), ən az azalma isə “Rabitəbank”da (11%) qeydə alınıb.

Qalan 23 bankın isə depozit portfeli artıb. Ən yüksək dinamika “Azər-Türk Bank” ASC-də (85,5%), ən aşağı dinamika isə “Bank BTB” ASC-də (3,1%) qeydə alınıb.

4 bankın depozit portfeli 1 milyard manatdan çoxdur

Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 4-nün bu il oktyabrın 1-nə depozit portfeli 1 milyard manatdan çox olub.

Bunlar “Azərbaycan Beynəlxalq Bankı” (9 milyard 662 milyon 399 min manat), “Kapital Bank” (6 milyard 180 milyon 921 min manat), “PAŞA Bank” (6 milyard 117 milyon 833 min manat) və “Xalq Bank” (1 milyard 778 milyon 545 min manat) ASC-lərdir.

Qalan 22 bankdan 18-də depozit portfeli 100 milyon manatdan 1 milyard manata qədər, 3 bankda 10-100 milyon manat arasında, 1 bankda isə 10 milyon manatdan azdır.

Mənbə – Renkinq