
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 111 milyard manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 5,2% çox ümumi daxili məhsul istehsal olunub.
İndex.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, son 1 ildə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,4% azalıb, qeyri neft-qaz sektorunda isə 9,7% artıb.
ÜDM istehsalının 52,9%-i sənaye, 7,9%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 5,9%-i nəqliyyat və anbar təsərrüfatı, 5,1%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,9%-i tikinti, 1,5%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,3%-i informasiya və rabitə sahələrinin, 14%-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 7,5%-ni təşkil edib
İl ərzində ölkədə adambaşına düşən ÜDM-in dəyəri 54,35% artaraq 11 033 manat olub.