“Unibank” nizamnamə və strukturunda dəyişiklik edəcək

Dekabrın 6-da “Unibank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

İndex.az xəbər verir ki, yığıncaqda bankın Nizamnaməsinə dəyişikliklər, ASC-nin strukturunda və idarəetmə orqanlarının tərkibində dəyişikliklər edilməsi, səhmlərinin bir hissəsinin geri alınması müzakirə ediləcək.

Qeyd edilib ki, səhmdarların yığıncağı Bankın Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 55 ünvanında yerləşən Baş Ofisində baş tutacaq.