Ronaldo: “Qızım xəstəxana yerləşdirildi, rəhbərlik isə mənə inanmadı”

“Mançester Yunayted”in portuqaliyalı ulduzu Kriştianu Ronaldo klub rəhbərliyinin ona inanması ilə bağlı açıqlama verib.

İndex.az xəbər verir ki, hücumçu klub rəsmilərini tənqid edib:

“İyulda 3 aylıq qızım xəstəxanaya yerləşdirilmişdi. Buna görə də klubun yay hazırlığına qoşula bilməmişdim. Mənə təsir edən isə rəhbərliyin mənə inanmaması oldu. Onlar empatiya hissindən uzaq adamlardır”.