Türkiyənin İstanbul şəhərində 6 nəfərin həyatını itirdiyi, 81 nəfərin yaralandığı terror aktını törətdiyi iddia edilən qadının partlayışdan dərhal sonra qaçdığı anın görüntüləri yayılıb.
İndex.az “Sözcü”yə istinadən xəbər verir ki, kadrlarda sözügedən qadının partlayışdan darhal sonra hadisə yerindən qaçaraq uzaqlaşması əks olunub.
Daha sonra faktla və şübhəli qadının saxlanılması ilə bağlı genişmiqyaslı əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Terror aktını törətdiyi iddia edilən qadının hadisə yerinə gəldiyi taksinin sürücüsünün ifadəsi də alınıb.
Xatırladaq ki, daxili işlər naziri Süleyman Soylu artıq bombanı hadisə yerinə qoyan şəxsin saxlanıldığını açıqlayıb.
Посмотреть эту публикацию в Instagram