“Borrusiya Mönhenqladbax” – Borrusiya Dortmund” oyununa özəl PROQNOZ

Bu gün saat 23:30-da Almaniya Bundesliqasının 15-ci turunun açılış oyunu çərçivəsində “Borussiya Mönhenqladbax” Dortmund “Borussiya”sını qəbul edəcək. Qələbə kimin olacaq? Cavabı proqnozumuzda.

BORRUSİYA MÖNHENQLADBAX

“Borrusiya Mönhenqladbax” payız aylarında heç vaxt stabil çıxış etmir və nadir hallarda öz azarkeşlərini yaxşı nəticələrlə sevindirir. Hələlik başlanğıcda Daniel Farkenin rəhbərliyi altında turnir cədvəlində yerlərini avrokubok zonasına yaxın saxlamağa imkan tapıblar. Lakin turnir cədvəlinin ortasındakı sıxlıq o qədər yüksəkdir ki, “Dordmund”a qarşı uduzsalar, hər şey kəskin şəkildə pisləşə bilər.

Son 5 oyunda cəmi bir qələbə qazanan “Mönhenqladbax” çox qol buraxır. Müdafiədə tez-tez səhvlərə yol verən komanda rəqiblərinə öz cərimə meydançasında rahat oynaması üçün imkan verir. Son turdakı “Bochum” məğlubiyyətindən sonra (2:1) komanda 19 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.

BORRUSİYA DORDMUND

“Borussia Dortmund” heyətin kefiyyəti baxımından çox möhkəm görünür, lakin indiyə kimi özləri də zaman-zaman qeyri-stabil oyunlar göstərirlər. Son turlarda ardıcıl 3 qələbə qazanan Edin Terziçin yetirmələri ötən tur öz meydanında “Volfsburq”a (0:2) uduzdular. “Sarı-qaralar” hücumda çox ləng çıxış etdilər və rəqibin qapısı qarşısında təhlükə yarada bilmirdilər.

Bu məğlubiyyət “Dortmund”u Çempionlar Liqasına vəsiqə verən yerdən məhrum etdi və yenidən turnir cədvəlinin 6-cı pilləsinə sürüklədi. Bununla belə, komandanı 2-ci yerdən 2 xal ayırır. Bu fərqi nəzərə alsaq “Dortmund”un yarışa qayıtmaq üçün çox real şansı var.

PROQNOZ

“Mönhenqladbax” hələdə Bundesliqada özünü yaxşı tərəfdən göstərə bilmir. 1 oyun qələbə qazandıqdan sonra növbəti oyunda uğursuzluğa düçar olurlar. Təqvimin sıxlığı da, futbolçuların fiziki vəziyyətinə ciddi təsir edir. Bununla belə, çempionatda qış fasiləsi ərəfəsində futbolçular qələbələrə aktiv şəkildə köklənəcəklər.

Bizim fikrimizcə, Dortmundluların müsbət nəticə əldə etmək ehtimalı daha çoxdur. Ola bilər ki, “Dortmund” özüdə yaxşı durumda deyil, lakin daha geniş ehtiyyat heyəti var. Heyətin kefiyyətinə görə qonaqlar açıq şəkildə üstünlüyə malikdirlər.

İlk proqnozumuz “Borussia Dortmund”un fora (0) ilə qələbəsidir – 1.70

Bununla belə, “Mönhenqladbax” o qədər də asanlıqla xal vermək fikrində deyil. Komandanın müdafiəsi zəif çıxış etsədə hücumda hər şey tam qaydasındadır . Qarşılaşmanın səfərdə olmasına baxmayaraq, “Dortmund” yenə də cütün qalibi rolundan daha üstün görünür.

İkinci mərcimiz Dortmund “Borussiya”sının bir top fərqi ilə qələbəsi olacaq – 3.98

BUKMEKERLƏR NƏ DEYİR?

Dəqiq hesab: 1:2 – 8.20

“Borussia Dortmund” ilk hissədə qol vuracaq – 1.66

İlk hissənin qol cəmi – 1.5 ÜST (2.12)