“Ankaragücü” – “Trabzonspor”: 12 il sonra ankaralılar qələbə qazana biləcəkmi? PROQNOZ

Bu gün saat 21:00-da “Ankaragücü” 2010-cu ildən bəri məğlub edə bilmədiyi “Trabzonspor”u qəbul edəcək. Ankarada 12 ilin sonunda Trabzonlular məğlub olacaqmı? Cavab bizim proqnozumuzdadır.

ANKARAGÜCÜ

“Ankaragücü” cari mövsümdə 12 turdan sonra 12 xal toplaya bilib. 6 oyunda məğlub olan paytaxt klubu 3 dəfə heç-heçə edib, 3 dəfə isə qələbəyə sevinib. Turnir cədvəlinə nəzər saldıqda “Ankaragücü”nü 15-ci sırada görürük. Komandanın müdafiədə işləri yaxşı getmir. 12 oyunda paytaxt təmsilçisi 20 qol buraxıb. Rəqib qapılarına isə 15 qol vurub.

Son turda klub “Kasımpaşa” ilə heç-heçə (1:1) əldə edib.

TRABZONSPOR

“Trabzonspor” bu il də çempionluğa oynayır. Komanda turnir cədvəlinin 7-ci sırasında olsa da, 2-ci yer ilə arasında cəmi 2 xal fərq var. Lider “Fənərbaxça”dan isə 7 xal geri qalır. Komanda 12 turda 6 qələbə qazanıb, 4 dəfə heç-heçə edib. 2 oyunda məğlub olan “Trabzonspor” bu məğlubiyyətlərin hər 2-ni səfərdə alıb.

Trabzonlular Avropa Liqasının qrup mərhələsində 9 xal toplayaraq öz qrupunda 3-cü oldu. Beləliklə komanda Konfrans Liqasının pley-off mərhələsinə yüksəldi. Super Liqanın son turunda isə “Konyaspor” ilə heç-heçə etdilər (2:2).

PROQNOZ

Güman edirik ki, bu qarşılaşmada Türkiyənin son çempionunun qələbəsinə inanmaq lazımdır. “Trabzonspor”un səfərdəki nəticələri nə qədər pis olsa da, komanda hücumda yaxşıdır və çempionluq mübarizəsindən kənarda qalmamaq üçün Ankara səfərində xal itirməmək üçün əlindən gələni edəcək. Ev sahibləri isə bu il ancaq Super Liqada qalmaq üçün çalışırlar.

Bizim ilk proqnozumuz “Trabzonspor”un qələbəsidir – 2.20

Bundan əlavə, bugünkü matçın bolqollu olacağını gözləyirik. “Trabzonspor” bu mövsüm zəif çıxış edən rəqibinin zəifliyindən maksimum istifadə etməyə çalışacaq.

İkinci proqnozumuz – 2,5 ÜST (1.90)

BUKMEKERLƏR NƏ DEYİR?

Dəqiq hesab: 1:2 – 8.00

“Ankaragücü” qol vuracaq – 1.38