“Yalama Agropark” işçi axtarır – Maaş 1000-1500 manat

Yalama Agropark MMC

Aparıcı mühasib

Son tarix 10 dek 2022 – [email protected]

İş yeri: Xaçmaz rayonu (Yalama kəndi)

Əmək funksiyaları:

  • 1C 8.2 və 8.3 proqramında sərbəst işləmək
  • Bank və kassa əməliyyatlarının düzgün aparılmasına nəzarət
  • E-Qaimə fakturalarının və VHF yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatların aparılması
  • ƏDV, mənfəət, DSMF, Statistika, məşğulluq hesabatların hazırlanması və aidiyyatı orqanlara göndərilməsi
  • Daxil olan mal-material ehtiyatlarının və əsas vəsaitlərin uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsi
  • Müəssisənin aktiv və passivlərinin, o cümlədən debitor və kreditor borcların, nağd vəsaitlərin ,mal qalığının, vergi öhdəliklərinin , gəlir və xərclərinin və s. uçotunun həyata keçirilməsi

Tələblər:

  • Ali təhsil (Maliyyə və ya mühasibat ixtisası üzrə)
  •  Maliyyə-mühasibat sahəsində minimum 2 il iş təcrübəsi (kənd təsərrüfatı və ya istehsal istiqamətləri arzu olunandır)
  • Mühasibatlıq və maliyyə sahəsində sertifikatlarının olması üstünlükdür
  • Komanda ilə işləyə bilmə bacarığı

Əmək haqqı: Əmək haqqı aralığı: 1000-1500 azn

İş qrafiki:

  • 09:00-18:00 ( beşgünlük iş həftəsi)

Maraqlanan şəxslər cv-lərini elektron ünvanına mövzu yerində “Aparıcı mühasib” qeyd etməklə göndərə bilərlər.