Sabah “Azəriqaz” rəhbərliyinin “Facebook”da canlı yayımı olacaq

“Facebook” sosial şəbəkəsi ( https://www.facebook.com/azeriqazaz/) üzərindən noyabr ayının 11-də saat 15:00-da SOCAR “Azəriqaz” İstehsalat Birliyi rəhbərliyinin növbəti canlı yayımı planlaşdırılır.

Bu barədə İndex.az-a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, abonentlər qaz təsərrüfatına dair istənilən sualla canlı yayımda müraciətlərini edə bilərlər.