Bu gün saat 21:30-da “Verona” doğma meydanda “Yuventus”u qonaq edəcək. “Qoca sinyora” bu səfərdən xalla dönə biləcəkmi? Cavab proqnozdadır.
VERONA
“Verona” A Seriyasında son 8 oyunda meydandan məğlub ayrılıb. Sonuncu dəfə 2 ay əvvəl “Sampdoria”nı məğlub edən (2:1) “Verona” o oyundan sonra qələbəyə həsrətdir. Komanda mövsümə Qabriele Cioffinin rəhbərliyi altında başlayıb. Lakin “Atalanta” və “Napoli”yə uduzduqdan sonra baş məşqçi göndərilərək Salvatore Bokçettini komandanın sükanı arxasına gətirildi.
Görünən odur ki, baş məşqçi dəyişikliyidə bir işə yaramayıb. “Verona 13 turdan sonra 5 xalla turnir cədvəlinin sonuncusudur.
İtkilər: Ajdin Hrustic, İvan İlic, Davide Faraoni, Darko Lazoviç, Diego Coppola, Roberto Piccoli, Giangiacomo Magnani.
YUVENTUS
Juventus mövsümə çox pis başladı. Çempionlar Liqasında uğursuz çıxışı onları Avropa Liqasının pley-off mərhələsinə sürüklədi. A Seriyasınada da başlanğıc istənilən kimi olmadı. Massimiliano Alleqrinin yetirmələri ilk 7 oyunda 4 heç-heçə və 1 məğlubiyyət alaraq başladığı Çempionatın heç alışmadığı aşağı pillələrində qərarlaşdı.Lakin
son 4 turda qazanılan 4 qələbə komandanın özünə gəldiyinə işarə verir. Lider “Napoli” dən çox uzaq düşsələr də, 2-ci yerdəki “Milan” ilə aralarında 5, 3-cü yerdəki, “Latzio” ilə aralarında 2 xal fərq var.
25 xalla “Yuventus” turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Son turda təkcə nəticə deyil, həm də oyun baxımından rəqibdən güclü olan “qoca sinyora” “İnter”i 2:0 məğlub edib.
İtkilər: Kaio Jorge, Marley Ake, Weston McKennie, Mattia De Sciglio, Dusan Vlahovic, Paul Pogba, Samuel İling-Junior.
PROQNOZ
“Verona” baş məşqçi dəyişikliyindən sonra da çətin durumdan çıxa bilmir. Bərabər gücdə olan rəqiblərlə qarşılaşanda belə komandanın oyunu ümidsiz görünür. Bu gün “Verona” heyyət baxımından ciddi üstünlüyə malik olan motivasiyalı “Yuventus”un hücumuna tab gətirməli olacaq. Bilirik ki, “qoca sinyora” əla forma qazanıb və “Verona”nın onları dayandıra bilməsi mümkün deyil.
İlk proqnozumuz “Yuventus”un fora ilə (-1) qələbəsidir – 2.25
“Yuventus” çempionatda ardıcıl 4 oyunda qalib gələrək Çempionlar Liqasına vəsiqə verən pillələrə yaxınlaşıb. Üstəlik, “qoca sinyora” hələ də çempionluq yarışına qatıla bilər və qonaqlar bunun üçün çalışacaqlar. “Verona” çox zəif görünür və onlar üçün “Yuventus” kimi rəqibi dayandırmaq demək olar ki, mümkün olmayacaq. Çətin ki, “Yuve” minimal hesablı qələbəyə qane olsun. “Verona” müdafiədə xüsusilə zəifdir.
İkinci mərcimiz “Yuventus”un 2 qollu qələbəsi olacaq – 4.95
BUKMEKERLƏR NƏ DEYİR?
Dəqiq hesab: 1:3 – 13.75
“Verona” ilk hissədə qol vuracaq – 2.85
“Yuventus” ikinci hissədə qol vuracaq – 1.55