Bakı sakinləri mağazalarda 20 milyard manatdan çox pul xərcləyib

Bu ilin yanvar-sentyabr aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 2021-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 4,6% artaraq 20 milyard 274,7 milyon manat olub.

İndex.az Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15,7% artaraq 12 milyard 328,7 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 8,7% azalaraq 7 milyard 946,1 milyon manata bərabər olub.

İstehlak məhsullarının 35,6%-i hüquqi şəxs statuslu müəssisələrdə, 46%-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 18,4%-i isə paytaxtın məhsul bazarlarında satılıb.