Bakıda maaşlar 1000 manatı keçdi – RƏSMİ

Bu ilin yanvar-avqust aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 068,7 manat təşkil edib.

İndex.az bu barədə Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2021-ci ilin müvafiq dövrünə nisbətən 13,3 % artıb.