
Bu gün saat 00:00-da EFL Kubokunda “Mançester Yunayted” “Aston Villa”nı qəbul edəcək. “Qırmızı şeytanlar” Premyer Liqanın son turunda məğlub olduqları “Aston Villa”nı bu görüşdə məğlub edə biləcəkmi? Cavab bizim proqnozumuzdadır.
MANÇESTER YUNAYTED
“Mançester Yunayted” EFL Kubokuna bu mərhələdən başlayır. Komanda 1 həftə əvvəl səfərdə “Real Soseydad”ı məğlub edərək 15 xalla Avropa Liqasının qrupunda 2-ci olub pley-offa yüksəldi.
Premyer Liqada Erik ten Haqın yetirmələri 13 turda 7 qələbə və 2 heç-heçə əldə ediblər. 4 dəfə məğlub olan “qırmızı şeytanlar” 23 xalla turnir cədvəlində 5 yeri tutur. “Mançester Yunayted”in 9 oyunluq məğlubiyyətsizlik seriyasına son turda elə məhz bugünkü rəqibləri “Aston Villa” son qoydu (3:1). Qeyd edək ki, “qırmızı şeytanlar” Old Traffordda keçirdikləri oyunlarda 2 aydır məğlub olmurlar.
İtkilər: Ceydon Sanço, Antoni, Brandom Vilyams, Rafael Varan, Aleks Tuanzebe, Meyson Qrinvud.
ASTON VİLLA
EFL Kubokunun ilk mərhələsində “Aston Villa” 1-ci Liqa təmsilçisini inamla keçib.“Bolton”la oyunda “Aston Villa” 4:1 hesabı ilə qalib gələrək rəqibinə heç bir şans buraxmayıb. Premyer Liqada keçirilən son 3 oyunda London təmsilçiləri “Mançester Yunayted” (3-1) və “Brentford” (4:0) üzərində qələbə qazana biliblər. “Aston Villa” 14 turdan sonra 15 xalla 13-cü pillədə qərarlaşır.
İtkilər: Koutinyo, Axilles, Dieqo Karlos
PROQNOZ
Bu görüşdə “Mançester Yunayted”in qələbəsinə inanırıq. Çünki komanda Premyer Liqada “Aston Villa”ya uduzubvə qisas almaq üçün əla şans var. Üstəlik heyyətlər arasındakı kefiyyət fərqi və doğma meydan amili “qırmızı şeytanlar”ın şansını artırır.
Bizim ilk proqnozumuz Mançester Yunaytedin fora ilə (-1) qələbəsidir – 2.26
Fikrimizcə bugünkü qarşılaşmada hücumlar və qol epizodları çox olacaq. Fərdi kefiyyətləri üstün olan oyunçuların varlığınıda nəzərə alsaq, komandalar arasında bu görüş, son oyundakı kimi bol qollu yekunlaşa bilər.
İkinci mərcimiz – 2.5 ÜST (1,97)
BUKMEKERLƏR NƏ DEYİR?
Dəqiq hesab: 3:0 – 16.25
Hər iki hissədə qol olacaq – 1.64
Künc zərbələrinin cəmi – 9.5 ALT (1.81)
Sarı vərəqələrin cəmi – 3.5 ÜST (1.83)