Dünyanın mikroçip bazarı və ABŞ-a “buynuz” göstərən Çin şirkətləri…

ABŞ-ın dünyanın aparıcı mikroelektronika və çip istehsalçılarına “istehsal gücləri, hazır məhsul ehtiyatları və əsas müştərilər haqda məlumatların” onlara təqdim olunması haqda verdiyi ultimatumun vaxtı sabah başa çatır. Hələki yalnız Tayvanın TSMC şirkəti tələb olunan məlumatları ABŞ-a təqdim etməkdən imtina edib.

Tayvanın Çindən gələ biləcək təhlükəsini nəzərə alsaq, bu dirənişin uzun çəkməyəcəyi aydın görünür.

Hələ 2020-ci ildə TSMC-nin 100-dən artıq aparıcı mühəndisləri Çinin SMİC şirkətinə keçmişdilər. O vaxt birinci raund Çinin xeyrinə başa çatmışdı.

ABŞ Prezidenti 2022-ci il oktyabrın 14-də “xaricdə mikroelektronika sahəsində işləyən bütün mühəndislərinə 1 günün içərisində işlədikləri şirkətlərdən azad olunub, ABŞ-a qayıtmadıqları halda onların ABŞ vətəndaşlıqlarından çıxarılacaqları haqda” xüsusi fərman imzalamışdı.

Əlavə olaraq, dünyada yeganə olan və mikroçip istehsal etmək üçün litoqrafiya qurğuları istehsal edən Niderlandın ASML şirkətinə, ABŞ-ın icazəsi olmadan litoqrafiya qurğularını satmaq qadağan edilib.

Bütün bunların təsdiqi üçün aliexpress.com saytında ABŞ-a “buynuz” göstərən Çin şirkətlərinin ən yeni telefonların texniki xarakteristikalarına baxsaq görərik ki, son modellərdə artıq iki və daha çox əvvəlki illərdə istehsal olunmuş mikroprosessorlar (əsasən Snapdragon 870) quraşdırılmağa başlanılıb

Beləliklə, bütün bunları ümumiləşdirsək, yaxın vaxtlarda dünyada ÇİN məhsullarının əvvəlcə bahalaşması, sonra isə qıtlığı ilə üzləşəcəyi qaçılmaz görünür.

P.S. Çinin Tayvanı ələ keçirmək istəyi, Çində yaranmış mikroçip qıtlığını aradan qaldırmaq məqsədi güdür. 2020-ci ilə olan statistikaya görə Çin mikroçip istehsalına görə dünyada lider olub (277 milyard dollar). İkinci yerdə 123.1 milyard dollar dövriyyə ilə Tayvan olub. Yeni mikroçiplərin istehsalı üçün lazım olan müasir litoqrafiya qurğularının Çinə ixracının qarşısı alındıqdan sonra bu siyahıda köklü dəyişikliklər olacaq.

AliExpress – Online Shopping for Popular Electronics, Fashion, Home & Garden, Toys & Sports, Automobiles and More products – AliExpress

 

Müəllif: i.ü.f.d. Ilqar Mənsimzadə