
Avropada təbii qazın qiyməti 3,5 % düşüb.
Bu barədə “Report” Londonun “ICE Futures” birjasına istinadən xəbər verir.
Avropanın ən likvid habı olan TTF-də (Niderland) təbii qazın dekabr fyuçersləri ticarətə 1000 kubmetr üçün 1190,3 ABŞ dolları (-2,7 %) səviyyəsində başlayıb. Daha sonra “mavi yanacağ”ın qiyməti 1180 (-3,5) dollara düşüb.