Azərbaycanda rayonların böyük əksəriyyətinə pul ayrılmayacaq – VİDEO

Gələn ilin dövlət büdcəsindən cəmi 8 rayona vəsait ayrılacaq.

Millət vəkili Vüqar Bayramov 66 rayondan 58-nə dövlət büdcəsindən vəsait ayrılmayacağını deyib.

Həmin rayon və şəhərlər yerli gəlirlər hesabına öz xərclərini təmin edəcəklər.

Onun sözlərinə görə, gələn ilin dövlət büdcəsindən rayonlara ümumilikdə 12 milyon 306 min manat vəsaitin ayrılması nəzərdə tutulur.

V.Bayramov vurğulayıb ki, özünü maliyyələşdirəcək rayonların sayının artması dövlət büdcəsindən asılılığın aradan qaldırlması baxımından vacibdir. Bununla yanaşı, hazırda əsas hədəflərdən biri də iqtisadiyyatın balanslı inkişafının dəstəklənməsi və region ilə paytaxt arasındakı iqtisadi fərqin mərhələli şəkildə azaldılmasıdır. Ona görə də həmin rayonlara daha çox sərmayə cəlbinin təşviq edilməsi çox vacibdir.

Daha ətraflı videomaterialı təqdim edirik:

 

<iframe width=”683″ height=”384″ src=”https://www.youtube.com/embed/AyPfG19An7A” title=”Rayonların böyük əksəriyyətinə pul ayrılmayacaq” frameborder=”0″ allow=”accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture” allowfullscreen></iframe>

Mənbə – Xezerxeber