“Tottenhem” – “Liverpul” oyununa 14.55 əmsallıq PROQNOZ

Bu gün saat 20:30-da Premyer Liqanın 14-cü turu çərçivəsində “Tottenhem” dogma meydanda “Liverpul”u qəbul edəcək. Yaxşı durumda olmayan Klopun yetirmələri Kontenin komandasaını məğlub edə biləcəkmi? Cavabı proqnozumuzda.

 

TOTTENHEM

“Tottenhem” liderlik uğrunda mübarizəni davam etdirir. Son matçda Bornmutla oyunda 0-2 hesabı ilə geri düşsələr də, sonda geri dönüş edərək, 92-ci dəqiqədə 3-cü qolu vurub fantastik qələbə qazandılar. Bu qələbə, cari mövsümdə belə çətinliklə qazanılan 10-cu xal idi.

Paytaxt təmsilçisi 13 tur ərzində 8 qələbə qazanıb və 2 heç-heçə edib. Bu da onları 26 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşdırıb. Bundan əlavə, Premyer Liqada vurduğu 26 qolla ən çox qol vuran 3-cü komanda olduqlarınıda qeyd etməliyik. Çempionlar Liqasında “Spurs” 6 tur ərzində 3  qələbə qazanıb 1 dəfə məğlub olub və 2 heç-heçə edib.  Beləcə londonlular pley-offa vəsiqəni qarantiləyib.

İtkilər: Riçalison, Romero, Son Heunq Min, Kuluşevski.

 

LİVERPUL

“Liverpul” son oyunlarda qeyri-stabil çıxışları ilə artıq bir neçə ildir davamlı qələbələrə alışdırdığı azərkeşlərini narahat edir. Bu, həftənin ortasında çox yaxşı vəziyyətdə olan “Napoli” üzərində 2-0 hesabı ilə qalib gəlsələr də,  Premyer Liqada “Lids”ə 2-1 məğlub olaraq ardıcıl 2-ci məğlubiyyətlərini aldılar.

Bundan əlavə, komanda səfərdə hələ qələbə qazana bilməyib. Qonaqların 12 oyuna 4 qələbəsi və 4 heç-heçəsi var. 4 oyunda isə məğlub olublar. Bu da onları 16 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşdırır. Çempionlar Liqasında son 5 matçda 5 qələbə komandanı Avropanın əsas turnirində pley-off mərhələsinə çıxardı.

İtkilər: Ceyms Milner, Joel Matip, Nəbi Keyta, Dioqo Jota, Luiz Diaz, Artur Melo

 

PROQNOZ

Bu gün komandalardan hansısa birinə üstünlük vermək çətindir. Hər 2 klubun bir neçə önəmli oyunçusu zədəlidir. İnanırıq ki, bu gün məhz hücum xətti ön plana çıxacaq, çünki hər 2 komandada çoxlu qol çatışmazlığı var və eyni zamanda alışmadıqları qollar buraxırlar.

Bizim ilk proqnozumuz hər 2 komandanın qol vuracağıdır – 1.62

Bu matçda hər şey gözlənilməz ssenari üzrə gedə bilər. Son 22 oyundan yalnız 1-i heç-heçə ilə bitib. Güman edirik ki, bu dueldə şanslı olan qalib gələcək.

İkinci mərcimiz komandalardan birinin 2 qolla qələbəsidir – 4.85

 

BUKMEKERLƏR NƏ DEYİR?

Dəqiq hesab: 1:3 – 14.55

Hər iki hissədə qol olacaq – 1.86

Künc zərbələrinin cəmi – 9.5 ALT (1.82)

Hissələrdən biri heç-heçə bitəcək – 1.42