“Qalatasaray” – Beşiktaş” derbisinə özəl PROQNOZ

Bu gün saat 20:00-da Türkiyə Super Liqasında “Qalatasaray” “Beşiktaş”ı qəbul edəcək. “Aslan”la “qartal”ın duelində sevinən tərəf kim olacaq? Cavabı proqnozda tapacaqsınız.

QALATASARAY

Qalatasaray bu mövsüm çox möhkəm heyətə malikdir. Lakin Türkiyə Super Liqasının turnir cədvəlinə baxsaq “aslan”ı 5-ci pillədə görərik. “Cim-bom” artıq lider “Fənərbaxça”dan 5 xal, 2-ci “Başakşəhər”dən 2 xal geri qalır. Xal fərqi çox olmasa da, Okan Burukun komandasında son vaxtlar stabillik çatışmır. Ard-arda 3 oyunda qələbə qazana bilməyən “Galatasaray” ötən turda “Karagümrük”ü 2:0 hesabı ilə mğlub etdi.

BEŞİKTAŞ

“Beşiktaş” bugünkü rəqibi kimi çempionat başlayandan azarkeşlərinin ümidini doğrultmur. “Qartal” 22 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb və 1-ci pillədəki “Fənərbaxça”dan 4 xal geri qalır. Son turda “Ümraniyespor”u 5:2 hesabı ilə məğlub edən “Beşiktaş” 2 matçlıq qələbəsizlik seriyasını qırıb. Komandanın sükanı arxasına yeni gəlmiş Şenol Güneş “Beşiktaş”ı toparlamağa çalışacaq.

PROQNOZ

“Qalatasaray” son dərəcə qeyri-sabitdir. “Cim-bom” son turdakı qələbədən sonra özünə gəlir. Zədədən qayıdan Mauro İkardi gəlişi ilə komandaya güc qatdı. Bu gün meydan sahibləri 3 xal üçün əllərindən gələni edəcəklər.

“Beşiktaş” müdafiədə zəifdir. Lakin “qartallar”ın da ön xəttdə çox keyfiyyətli futbolçuları var. Ona görə də, fikrimizcə oyunda qarşılıqlı qollar olacaq.

İlk proqnozumuz hər iki komandanın qol vuracağıdır – 1.60

“Qalatasaray” hələ optimal formasına çatmayıb. Amma “Aslanlar”ın yaxşı heyyəti var və yəqin ki, növbəti turlarda çempionluq uğrunda mübarizəyə qoşulacaqlar. Öz meydanında “Beşiktaş”la “Qalatasaray” son illər uğurla çıxış edir. Son 5 matçda 4 qələbə, 1 heç-heçə. Son 3 səfər matçında “qartallar” cəmi 1 qələbə qazanıb. Belə vəziyyətdə meydan sahiblərinin qələbəsini mərc etmək məntiqlidir.

İkinci mərcimiz “Qalatasaray”ın qələbəsi olacaq – 2.08

BUKMEKERLƏR NƏ DEYİR?

Dəqiq hesab: 2:1 – 8.20

“Qalatasaray” ilk yarıda qol vuracaq – 1.85

“Beşiktaş” ilk yarıda qol vuracaq – 2.19