“Mançester Siti” – ” Fulhem” oyununa özəl PROQNOZ

Bu gün saat 18:00-da İngiltərə Premyer Liqasının 13-cü turunda “Mançester Siti” “Fulhem”i sınağa çəkəcək. Qonaqların şansı varmı? Cavabı materialımızdadır.

MANÇESTER SİTİ

Pep Qvardiola çərşənbə günü Çempionlar Liqasının son turunda “Sevilya” ilə oyunda bəzi oyunçulara istirahət verib. Bu gün onlar Premyer Liqanın zirvəsində olan “Arsenal”ı ötmək üçün tam gücləri ilə çalışmalıdırlar. Bu dueldə qalib gəlmək “şəhərlilər”in 4 matçlıq məğlubiyyətsizlik seriyasını uzadadaraq 5-ə çatdıracaq və ən azı bir neçə saat zirvəyə qalxmağa imkan yaradacaq.

Əgər bu gün Erlinq Holland yenə heyətdə olmasa, “Sevilya” ilə oyunda yaxşı çıxış edən Julian Alvares hücum xəttində öz yerini alacaq. Ardıcıl 4 görüşdə “şəhərlilər” 25-ci dəqiqəyə kimi önə keçməyi bacarıblar. “Mançester Siti” bu oyuna kimi 9 qələbə qazanıb və 2 heç-heçə edib. 29 xalı olan “şəhərlilər” və turnir cədvəlinin 2-ci
pilləsində qərarlaşıblar.

İtkilər: Manuel Akanji, Kayl Volkır, Kelvin Filips, Mendi.

FULHEM

“Fulham”ın baş məşqçisi Marko Silva ötən həftə sonu “Everton”la 0:0 hesabı ilə bitən oyunda, komandasının 24 şansın heç birini qola çevirə bilməməsindən sonra heç-heçəni “ədalətsiz nəticə” adlandırıb. “Fulhem” geridə qalan turlarda 5 qələbə qazanıb, 4 heç-heçə edib. Bu nəticələrə görə 19 xal toplayan “Fulhem” turnir cədvəlində 7-ci yerdə qərarlaşıb.

“Fulhem” “Everton” oyundan əvvəlki turlarda “Aston Villa” (3:0) və “Lids”ə (3:2) qalib gəlib. Performans baxımından komandanın çıxışı yaxşıdır. Bu mövsüm rəqib qapılarına 22 qol vurmağı bacaran “Fulhem” öz qapısından da, 22 top çıxarmalı olub. Lakin, bu gün qol vurmaq üçün yəqin ki, çox şans əldə etməyəcəklər. Çünki, komanda son 8 “Siti” səfərinin hamısında uduzub və səfərdə 8 oyunda cəmi 1 qol vurub.

İtkilər: Axilles, Layvin Kurzava, Manor Solomon, Bobbi Rid, Niskens Kebano

PROQNOZ

Biz inanırıq ki, qonaqların şansları azdır. “Fulhem” bu mövsüm səfərdə orta hesabla 2,2 qol buraxıb ki, bu da qarşılaşmanın bol qollu olacağından xəbər verir. Futbolçular arasında kefiyyət fərqi və doğma meydan amilinə əsaslanaraq “şəhərlilər”in inamlı qələbəsini gözləyirik.

Bizim proqnozumuz “Mançester Siti”nin fora ilə (-2) qələbəsidir – 1.83

Güman edirik ki, qonaqlar məğlubiyyətdən yaxa qurtara bilməyəcək. “Mançester Siti” rahat qələbə qazanacaq.

İkinci mərcimiz “Mançester Siti”nin üç qollu qələbəsidir – 1.63

BUKMEKERLƏR NƏ DEYİR?

Dəqiq hesab: 4:1 – 18.25

Hər iki hissədə qol olacaq – 1.51

Künc zərbələrinin cəmi – 9.5 ALT (1.88)

Sarı kartların cəmi – 3.5 ÜST (1.89)