“Apple”in bazar dəyəri bir gündə $100 mlrd azalıb

“Apple” şirkətinin kapitallaşması bir gündə 100 milyard dollar azalıb. Bildirilir ki, texnologiya nəhəngi həmçinin xərcləri azaldır. Hal-hazırda yalnız ən mühüm şöbələr yeni işçilər işə götürür.

Bu barədə xarici mediaya istinadən xəbər veririk.

İnvestorlar bu məlumatın ortaya çıxmasına mənfi reaksiya veriblər. “Apple” səhmlərinin qiyməti 151 dollardan 139 dollara düşüb, şirkətin bazar dəyəri isə gecədə 97.7 milyard dollar azalıb.

“Apple”ın direktorlar şurası hər səhmə görə 0.22 dollar dividend elan edib. Dividendlər 11 noyabr 2021-ci il tarixində mövcud səhmdarlara ödəniləcək.

Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.