Dövlət AZAL-a güzəştli gedişlər üçün yenidən SUBSİDİYA AYIRIR

Dövlət büdcəsindən “Azərbaycan Hava Yolları” QSC-yə bəzi reyslərdə edilən güzəştləri kompensasiya etmək üçün 2023-cü ildə də subsidiya nəzərdə tutulub.

Bu barədə Maliyyə Nazirliyinin təqdim etdiyi “2023-ci il üçün dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatı”nda bildirilir.

Naxçıvan Muxtar Respublikasına edilən aviareyslərə, Böyük Vətən müharibəsi əlillərinin və iştirakçılarının, habelə onlara bərabər tutulan şəxslərin Müstəqil Dövlətlər Birliyi ölkələrinə nəqliyyatda gedişlə bağlı tətbiq edilən güzəştlər hesabına yaranan zərərin örtülməsi üçün AZAL-a 10,0 milyon manat nəzərdə tutulmuşdur.