
Ştutqart.
Yeni və parlaq-kontrastlı rənglər yeni “Porsche 718 Boxster Style Edition” və “718 Cayman Style Edition” idman avtomobillərini xarakterizə edir. Hər iki orta mühərrikə sahib model sürücülük zövqü və gündəlik sürüşün mükəmməl birləşməsini təmsil edir. “Style Edition” ilə “Porsche”, avtomobilinin rəngarəngliyinə xüsusi əhəmiyyət verən müştərilər üçün eksklüziv bir seçim təqdim edir.
Bu, əfsanəvi 964-cü nəsil “Porsche 911 Carrera RS”in “Ruby Star” rənginin müasir təsviri olan “Ruby Star Neo”nun eksteryer rəngi ilə daha da seçilir.
Eksklüziv detallar modelləri bir-birindən fərqləndirir.
“Porsche Style Edition” modelləri “Ruby Star Neo” rəngindən başqa rəngə boyansa belə, yeni modellərin standart paketləri belə digər 718-lərdən açıq şəkildə fərqlənir. Məsələn, 20 düyümlük “718 Spyder” parlaq qara rəngdə disklər və disk qapaqlarının üzərində rəngli Porsche loqosunu göstərə bilərik. “Style Edition” modelləri həm də qara sport səs boğucu və arxasındakı parlaq gümüşü Porsche yazısı ilə də tanınır. “718 Boxster Style Edition”da yan pəncərələrin üstündə qabardılmış Boxster hərfləri eksklüziv etiket kimi əlavə olunur. Alıcılar “718 Style Edition” modelini iki kontrast paketindən birini əlavə ödəniş etmədən seçə bilərlər: qara və ağ.
Hər ikisinin baqaj bölməsinin ön tərəfindəki dekorativ zolaqlar və yan tərəfdəki “Porsche” yazıları, həmçinin arxa tərəfdə müvafiq olaraq təkərlər və model nişanları üçün qara və ağ parlaq boya daxildir.
Genişləndirilmiş standart avadanlıq cəlbediciliyi artırır.
“718 Boxster” və “718 Cayman Style Edition” çox yüksək təchizata sahibdir: arxa görünüş kamerası, “Apple Carplay”, kruiz kontrol, güzgülərin avtomatik qaralması, o cümlədən yağış sensoru, çox funksiyalı sükan qızdırma, oturacaqları qızdırılması, ikitərəfli avtomatik klimat kontrol, kontrast tikişli ayaqaltılar, ağ-təbaşir rəngli tikişlə qara dəri üzlük və standart olaraq adaptiv sükan gücləndirici sistemi. Hər iki model geniş seçimdə təklif olunan özəlliklərlə daha da yenilənə bilər.
6 pilləli mexaniki transmissiya standartdır.
Transmissiya və şassi baxımından “Style Edition” modelləri bir-birindən fərqlənmir. Hər ikisi oturacaqların arxasında 300 at gücünə sahib iki litrlik mühərrikə sahibdir. Dörd silindrli turbo-mühərrik 380 nyuton-metr fırlanma anı istehsal edir və 6 pilləli “Style Edition” modellərinin 0-100 km/s sürətlənməsi – 5,1 saniyə, PDK sürətlər qutusuna sahib olduqda isə 4.7 saniyədir. Seçilmiş transmissiyadan asılı olmayaraq avtomobilin maksimal sürəti 275 km/s-dir.
Artıq “Porsche 718 Boxster Style Edition” və “Porsche 718 Cayman Style Edition” modellərini sifariş etmək mümkündür.
Ətraflı məlumat üçün 050 511 33 44 nömrəsi ilə əlaqə saxlaya və ya Mikayıl Əliyev 7 ünvanında yerləşən “Porsche” Bakı Mərkəzinə yaxınlaşa bilərsiniz.