Bakıda çatışmazlıq aşkarlanan məktəblərin sayı açıqlanıb

“Monitorinqlər nəticəsində ümumtəhsil məktəblərinin 130-da müəyyən çatışmazlıq aşkarlanıb”.

Bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini Orxan Kərimov ümumi təhsil müəssisələrinə payız-qış mövsümünə hazırlıqla bağlı təşkil edilən mediatur zamanı deyib.

Müdir müavini bildirib ki, onlardan 30-da çatışmazlıq daha ciddi hesab olunur:

“Hazırda həmin problemlərin həll olunması istiqamətində işlər görülür”.

“Həmçinin, məktəbəqədər təhsil müəssisələrinin 190-da da müəyyən çatışmazlıqlar var. Bu istiqamətdə də işlər görülür”, – o vurğulayıb.

 

Mənbə – Report