
Bu gün saat 22:45-də ardıcıl 4 matçda qalib gələ bilməyən “Udineze”, A Seriyasının 13-cü turu çərçivəsində “Lecce”ni qəbul edəcək. “Udineze” düşmə zonasının bir addımlığında olan zəif rəqibini məğlub edə biləcəkmi? Cavabı proqnozda tapacaqsınız.
UDİNEZE
“Udineze” bu mövsüm çempionata ardıcıl 2 məğlubiyyətlə başladı. Belə bir fikir var idi ki, Andrea Sottilanın rəhbərliyi altında “zebralar” turnir cədvəlinin ortalarında qalacaq. Lakin, komanda yavaş-yavaş formaya düşdü və hətta liderliyə belə yüksəldi. Lakin belə uğurlu çıxış çox çəkmədi.
Hazırda “Udineze” 12 turdan sonra topladığı 22 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. “Udineze”ni avrokubok zonasından 2 xal ayırır və 4-cü yerdə olan “Roma”dan 3 xal geri qalır. Son turda “zebralar” səfərdə “Kremonese” ilə qarşılaşdılar. Hər kəs “Udineze”dən qələbə gözlədiyi bir vaxtda onlar autsayderin müqavimətini qıra bilmədilər. Nəticədə oyun qolsuz heç-heçə ilə yekunlaşdı. Beləcə “Udineze” ardıcıl 4-cü oyunda qələbəyə həsrət qaldı.
İtkilər: Rodrigo Becao, Adam Masina, Sandi Lovric.
LEÇÇE
“Leççe” A Seriyasına yeni qayıdıb və burdakı yerini qorumaq üçün əlindən gələni edir. Lakin qeyd edək ki, 12 turdan sonra cəmi 1 qələbəsi var. Ötən mövsümün sonunda B Seriyasından çıxan “Kremonese” və “Monza”dan fərqli olaraq, “Leççe” heyətindəki oyunçulara güvənərək böyük transfer etmədi.
“Kremonese” və “Monza”nın transferləri onların çox işinə yaramasa da, Qabriel Strefezzanın öz heyyəti də zəif çıxış edir və transferlərə ehtiyac olduğunu göstərir. Ən yüksək səviyyədə oyun göstərən Morten Hülmann, Assan Sisey kimi oyunçular komandanı azda olsa çətin durumdan çıxartmağa çalışırlar. Eləcədə Vladimiro Falcone-nin qapıda inamlı oyunu komandanın aşağı liqa zonasından kənarda qalmasına kömək edir.
“Leççe” hazırda 8 xalla turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb. Komandanı düşmə zonasından yalnız 2 xal ayırır. Son turda “Leççe” “Yuventus”la əzimkar mübarizə aparsa da, komandaların heyəti arasındakı fərq öz sözünü dedi və “Leççe” 0:1 hesabı ilə uduzaraq ardıcıl 2-ci məğlubiyyəti aldı.
İtkilər: Yoxdur.
PROQNOZ
“Udineze” son vaxtlar yaxşı oyun göstərmir və artıq turnir cədvəlində 8-ci yerə düşüb. Evdə çempionatın autsayderlərindən biri ilə qarşılaşmada “zebralar” maksimum nəticə göstərməyə çalışıb, uğursuz seriyanı bitirmək istəyəcək. “Leççe” müdafiədə, xüsusən də səfər matçlarında zəif çıxış edir və çətin ki, bu gün qapısını toxunulmaz saxlaya bilsin.
“Leççe”də öz növbəsində mübarizə aparacaq. Komanda əks-hücumlara yaxşı çıxır.
İlk proqnozumuz hər iki komandanın qol vuracağıdır – 1.85
“Udineze” ardıcıl 4 oyundur ki, qalib gələ bilmir. Oktyabr ayı “Udineze” üçün çox uğursuz keçir. Bu gün “zebralar”ın bu seriyanı qırmaq üçün əla fürsəti var. “Leççe” asan rəqib deyil, lakin səfərdə çox zəifdirlər. Ev sahiblərinin heyətlərin kefiyyəti baxımından üstünlüyü var ki, bu da müdafiədəki zəif oyunu kompensasiya etməlidir. “Udineze” bu gün 3 xal qazana bilər.
İkinci mərcimiz “Udineze”nin bir qolla qələbəsi olacaq – 5.13
BUKMEKERLƏR NƏ DEYİR?
Dəqiq hesab: 2:1 – 7.70
“Udineze” ikinci hissədə qol vuracaq – 1.45
“Leççe” ilk hissədə qol vuracaq – 2.95