Azərbaycanda dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar üzrə proqnoz 25 % artırılır

Azərbaycan hökuməti gələn il dövlət əmlakının icarəyə verilməsindən daxilolmaların 20 milyon manat təşkil edəcəyini proqnozlaşdırır.

Bu barədə “2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinə istinadən xəbər veririk.

Sənədə əsasən, bu, 2022-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 25 % çoxdur.

2023-cü ildə Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 30 milyard 720,7 milyon manat, xərclərinin isə 33 milyard 300 milyon manat olacağı gözlənilir. Bunlar, 2022-ci ilin təsdiq olunmuş proqnozlarına nisbətən müvafiq olaraq 5,2 % və 3,1 % çoxdur. Son nəticədə dövlət büdcəsində 2 milyard 579,3 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 16,95 % azdır.

 

Mənbə – Report