Türkiyənin İzmir şəhərinin Buca rayonunda zəlzələ baş verib.
4,9 bal gücündə zəlzələ nəticəsində 3 nəfər yaralanıb.
Məlumatda bildirilib ki, onların yaralanmasına səbəb yeraltı təkanlar zamanı həyəcanlanaraq özlərini binadan atmaları olub.
Yerli vaxtla 03:29-da baş verən zəlzələ yerin 14,47 kilometr dərinliyində qeydə alınıb. Zəlzələdən sonra isə ən şiddətlisi 2,4 bal olmaqla 13 avterşok olub. İnsanlar küçələrə axışıblar. Onlara təşvişə düşməmələri barədə çağırış edilib.
Türkiyə daxili işlər naziri Süleyman Soylu açıqlama verərək insan itkisinin olmadığını, 3 nəfərin yaralandığını və 20-yə qədər binada çat yarandığını bildirib.
İzmir’in Buca ilçesinde 4,9 büyüklüğünde deprem meydana geldi. Deprem sonrası bölgedeki son durum @trthaber’de. https://t.co/44tsf2BF4k pic.twitter.com/0MHaUXAko8
— TRT Haber Canlı (@trthabercanli) November 4, 2022