
Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
İndex.az AMB-yə istinadən xəbər verir ki, hərracda tələb 47,6 ABŞ dolları olub və tam təmin edilib.
Beləliklə, sonuncu valyuta hərracında tələb noyabrın 1-də keçirilən əvvəlki hərracla müqayisədə 27,4% və ya 18 mln. ABŞ dolları azalıb.
Qeyd edək ki, ötən hərracda bankların dollar tələbi 65,6 mln. ABŞ dolları təşkil etmişdi.