
Bu gün 21:45-də “Real Soseydad” öz evində “Mançester Yunayted”i qəbul edəcək. Avropa Liqasının qrup məhrələsinin ilk turunda “Mançesteri” səfərdə məğlub etməyi bacaran ispanlar bu dəfə də eyni uğuru təkrarlaya biləcəklərmi? Cavab bizim proqnozumuzdadır.
REAL SOSEYDAD
“Real Soseydad”ın bu mövsüm Avropa Liqasında düşdüyü qrup çətin deyildi. İspanlar bunu göstərdikləri nəticələrlə sübut etdilər. İlk turda “qırmızı şeytanlar” üzərində 0:1 hesabı ilə qələbə qazanan “Soseydad” 2-ci turda “Omonia”nı 2:1 hesabı ilə məğlub etməyi bacardı. 3-cü, 4-cü turlarda qapısını “Şerif”ə bağlayan ispanlar 2 oyunda moldovalıların qapısına 5 cavabsız top vuraraq 6 xalı hesablarına yazdırdılar. Bununla da, “Real Soseydad” hələ 4_cü turda pley-off mərhələsinə vəsiqəni təmin etdi. Lakin bu ispanlarda arxayınlıq yaratmadı və Kiprdə “Omonia”nı bir daha məğlub edərək (0:2) 5-də 5 etdilər.
“Real Soseydad” La Liqanın son turunda “Real Betis”ə 0:2 hesabı ilə uduzaraq ardıcıl 2-ci məğlubiyyətini aldı. 12 turdan sonra 22 xal toplayan “Soseydad” 5-ci pillədə qərarlaşıb. Onları Çempionlar Liqasına vəsiqə verən 4-cü yerdən cəmi 1 xal ayırır. Son turdakı “Betis” məğlubiyyətindən sonra 4-cü yerdən 5-ciliyə gerilədilər.
İtkilər: David Silva, Aihen Munoz, Mohamed-Ali Ço, Ander Martin, Umar Sadiq, Mikel Oyarzabal, Martin Merquelanz, Take.
MANÇESTER YUNAYTED
Erik ten Haq “Mançester Yunayted”i bərpa etməyə davam edir. Avropa Liqasına ilk turda “Real Soseydad” məğlubiyyəti ilə başlayan “qırmızı şeytanlar” daha sonra ardıcıl 4 qələbə qazanaraq pley-offa vəsiqəni təmin etdilər.
Premyer Liqada 12 turdan sonra 22 xal toplayan “Mançester Yunayted” 5 pillədə qərarlaşıb. 4-cü pillədə olan “Nyukasl” ilə aralarında cəmi 1 xal fərq var və “Nyukasl” onlardan 1 oyun çox keçirib.
İtkilər: Antoni Marsial, Antoni, Ceydon Sanço, Rafael Varan, Fil Cons, Brandom Vilyams, Aleks Tuanzebe
PROQNOZ
“Real Soseydad” pley-offu qaranti altına alsa da, arxaynlaşmır. Nəzərə alsaq ki, ispanlar öz evlərində çox yaxşı mübarizə aparırlar, o zaman ingilislərə bu görüşdə çətin olacaq. Ümumiyyətlə ispanlar evdə keçirdikləri son 6 oyundan 5-də qələbə qazanmağı bacarıblar.
İlk proqnozumuz “Real Soseydad”ın məğlub olmayacağıdır – 1.51
Pley-offa vəsiqəni təmin etmiş “Mançester Yunayted”i bu oyundan çox 3 gün sonra Premyer Liqada keçirəcəkləri “Aston Villa” oyunu maraqlandırır. “Soseydad”ın ev oyunlarındakı əzmini və “qırmızı şeytanların” gərgin oyun qrafikini nəzərə alsaq hər 2 tərəfə heç-heçə ideal variant kimi görünür.
İkinci proqnozumuz heç-heçədir – 3.31
BUKMEKERLƏR NƏ DEYİR?
Dəqiq hesab: 1:1 – 6.15
“Real Soseydad” ikinci hissədə qol vuracaq – 1.93
“Mançester Yunayted” ilk hissədə qol vuracaq – 1.91