“Trabzonspor” – “Ferensvaroş” oyununa 8.45 əmsallıq – PROQNOZ

Bu gün saat 20:45-də Avropa Liqasının qrup mərhələsinin son turunda “Trabzonspor” doğma meydanda “Ferensvaroş”u qəbul edəcək. İlk turda macarlara məğlub olan türklər bu gün pley-off üçün vacib olan qələbəni qopara biləcəklərmi? Cavabı proqnozumuzdadır.

TRABZONSPOR

Ötən mövsüm “Trabzonspor” illər sonra Türkiyə Super Liqasında çempionluğu bayram etdi. Bununla da birbaşa Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqəni əldə etsələr də, “Kopenhagen” səddini keçə bilmədilər. Nəticədə Avropa Liqasının qrup mərhələsində mübarizəni davam etdirməli oldular. Avropa Liqasının qrup mərhələsində 5 turdan sonra trabzonluların 2 qələbəsi və 3 məğlubiyyəti var. Bu göstəricilərlə onlar qrupda 6 xalla 3-cü pillədə qərarlaşıblar.

2014/15 mövsümündən bəri Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazanmaq “Trabzonspor”a qismət olmur. Trabzonlular bu gün də, talelərinin öz əllərində olmadığını bilirlər. Hazırda Türkiyə Super Liqasında 21 xalla 6-cı pillədə qərarlaşıblar. Lider “Fənərbaxça” ilə aralarında cəmi 5 xal var.

İtkilər: Naci Ünüvar, Peres, Edin Visça, Dorukan Toköz, Qomez, Gendikli, Asan.

FERENSVAROŞ

“Ferensvaroş” ən yaxşı mövsümü keçirir. Macarlar qrupun ilk turunda 10 nəfər azlıqda mübarizə aparsalar da bugünkü rəqibini 3:2 hesabı ilə məğlub edərək Avropa Liqasının qrup mərhələsinə qələbə ilə başlıdılar. Üstəlik, klub qrup mərhələsində 5 turda10 xal toplayıb, “Trabzonspor”la oyundakı nəticədən asılı olmayaraq qrup liderliyini qarantilədi.

Keçən həftəsonu “Zalaegerszeg” üzərində 2:1 hesablı qələbə də daxil olmaqla, ölkə çempionatının ilk 11 matçının 9-da qalib gələn Stanislav Çerçesovun komandası 27 xalla turnir cədvəlində liderdir.

İtkilər: Muhamed Besic, David Siger.

PROQNOZ

Bu qarşılaşmada meydan sahiblərinin qələbədən başqa variantı yoxdur. Macarıstan klubu artıq növbəti mərhələyə çıxmaq məsələsini həll edib. Bu gün tribunaların dəstəyi müsbət nəticə əldə etməyə kömək edə bilər. Klublar arasında heyət fərqini də nəzərə alsaq, Türkiyə çempionunun inamlı qələbə qazanacağını düşünürük.

Bizim proqnozumuz “Trabzonspor”un fora (-1) ilə qələbəsidir – 2.35

Güman edirik ki, bu oyunda bizi çoxlu hücumlar və qol epizodları gözləyir. Komandaların itirəcək heç nələri yoxdur.

İkinci mərcimiz – 2.5 ÜST (1.67)

BUKMEKERLƏR NƏ DEYİR?

Dəqiq hesab: 1:1 – 8.45

Hər iki hissədə qol vurulacaq – 1.84

İlk hissə heç-heçə bitəcək – 1.82