“Qarabağ” – “Frayburq” oyununa ÖZƏL PROQNOZ

Bu gün saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda “Qarabağ” Avropa Liqasının qrup mərhələsinin son turu çərçivəsində Almaniyanın “Frayburq” klubunu qəbul edəcək. Bu dueldən kim qalib çıxacaq? Bunun cavabını proqnozumuzda tapa bilərsiniz.

 

QARABAĞ

 

“Qarabağ” qrup mərhələsində yaxşı təsir bağışladı və 5 turdan sonra 7 xalla 2-ci pillədə qərarlaşıb. Ötən turda pley-offa vəsiqə qazanmaq üçün “köhlən atlar”a “Nant” ilə oyunda heç-heçə kifayət edirdi, lakin oyunun sonuna əlavə olunmuş 6-cı dəqiqədə buraxılmış qol nəticəsində “Qarabağ” məğlub oldu.

Ölkədaxili çempionatda “Qarabağ” rəqib tanımır. Son turda “Qarabağ” “Şamaxı”nı darmadağın etdi – 4:0.

FRAYBURQ

 

“Frayburq” qrup birinciliyini təmin edib və qrup mərhələsinə o qədər də ciddi əhəmiyyət vermir. Buna sübut kimi “Olimpiakos” (1:1) ilə oyunu göstərmək olar. Hərçənd, həmin oyunda da “Frayburq” rəqibindən üstün idi.

“Frayburq” Almaniya Bundesliqasında 3-cü yerdə qərarlaşıb və işlər pis getmir. Son turda “Frayburq” “Şalke”ni 2:0 hesabı ilə rahat məğlub etdi.

PROQNOZ

 

“Qarabağ”ın yaxşı formadadı. Üstəlik, xala hava-su kimi ehtyacı var. “Frayburq”a isə, əksinə, xal lazım deyil. “Qarabağ” ev oyunlarında stabil olaraq azı 1 qol vurur. İki ev oyununda isə rəqib qapısına 2 dəfə yol tapa bilib. “Frayburq” isə sürətli və rəngarəng oyunu ilə seçilir və hər an “Qarabağ”ı məyus edə bilər.

İlk proqnozumuz: “Qarabağ” azı 2 top vuracaq – 2.50

 

Düşünürük ki, “Qarabağ” Almaniyadakı məğlubiyyətin revanşını almaq iqtidarındadı. Nəzərə alın ki, hətta səfər oyununda belə “köhlən atlar” rəqibindən xal almağa çox yaxın idi. İndiki durumda “Qarabağ” daha motivasiyalıdır, rəqib isə böyük ehtimalla Bundesliqadakı ağır oyunlara köklənəcək.

İkinci mərcimiz: “Qarabağ” qalib gələcək – 2.00

 

BUKMEKERLƏR NƏ DEYİR?

 

Dəqiq hesab: 3:1 – 13.00

 

Qonaq komandanın qol sayı 0.5 ÜST – 1.42