Aparat rəhbəri Nazirlər Kabinetində yüksək vəzifəyə təyin olunub

Gənclər və İdman Nazirliyinin Aparat rəhbəri Rüfət Həsənovun işdən çıxarılması ilə bağlı məsələyə aydınlıq gətirilib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, R.Həsənov Gənclər və İdman Nazirliyində işdən çıxarılmayıb.

O, Nazirlər Kabinetində yüksək vəzifəyə təyin olunub.

Qeyd edək ki, R.Həsənov nazirlikdə Aparat rəhbəri olub.