“Mançester Siti” – “Sevilya” oyununa 10.00 əmsallıq – PROQNOZ

Bu gün saat 23:00-da Çempionlar Lİqasının qrup mərhələsinin son turu çərçivəsində “Mançester Siti” “Etihad” stadionunda “Sevilya”nı sınağa çəkəcək. İlk turda öz evində 4:0 hesabı ilə darmadağın olan ispanlar İngiltərədə güclü rəqibinə müqavimət göstərə biləcəkmi? Cavabı proqnozumuzda.

MANÇESTER SİTİ

“Mançester Siti” “Borussiya Dortmund”, “Sevilya” və “Kopenhagen”lə düşdüyü G qrupunda aşkar favorit idi. Artıq ilk turda Pep Qvardiolanın komandası səfərdə “Sevilya”nı 4:0 hesabı ilə məğlub etməklə qrupun lideri olacağının siqnallarını vermişdi. “Şəhərlilər” “Borussiya” (2:1) və “Kopenhagen” (5:0) üzərində qələbələrdən sonra pley-offa çıxmaq məsələsini asanlıqla həll etdilər.

Turnirin 4-cü və 5-ci turunda müvafiq olaraq “Kopenhagen” (0:0) və “Borrusiya Dortmunt” (1:1) ilə oyunda heç-heçə etsələrdə, bu onları liderlik taxtından salmağa yetərli olmadı. Nəticədə 5 turun sonunda Mançesterlilər 2-ci yerdə olan “Dortmund”u 3 xal qabaqlayaraq liderliklərini davam etdirirlər. Qeyd edək ki, bugünkü qarşılaşmada “şəhərlilər”in heyətində Çempionlar Liqasının qrup mərhələsində 4 oyna 5 qol vuran Haaland zədə səbəbi ilə meydanda olmayacaq.

İtkilər: Erlinq Haaland, Kalvin Fillips, Kayl Valkır

SEVİLYA

“Sevilya” mövsümə çox pis başladı. Klub yayda əsas oyunçularından bir neçəsini satsa da heyətdə yaranmış boşluqları doldura bilmədi. “Mançester Siti”yə 0:4 hesabı ilə uduzmağını “şəhərlilər”in əla performansı ilə qiymətləndirsək də, Danimarkada “Kopenhagen”in qapısına yol tapa bilməməsi “Sevilya”nın öz zəifliyindən irəli gəlirdi.

Qrupda “Borussiya” ilə iki oyundan sonra “Sevilya”nın həqiqətəndə yaxşı durumda olmadığı heç şübhəsiz hər kəsə bəlli oldu. Öz meydanında Xorxe Sampaolinin yetirmələri “Borrusiya”ya 1:4 hesabı ilə uduzub, “Siqnal İduna Park”da qolsuz heç-heçəyə qane oldular. Yeganə qələbəni “Kopenhagen” (3:0) üzərində qazanan ispanların kağız üzərində qrupdan çıxmaq şansları olsa da, bu heç də inandırıcı görünmür.

İtkilər: Fernando, Tanguy Nianzu, Jesus Korona

PROQNOZ

“Mançester Siti” Çempionlar Liqasının son matçlarında iki qolsuz heç-heçə edərək zəif nəticə göstərdi. Bu gün “şəhərlilər” yəqin ki, öz azarkeşləri önündə daha yaxşı çıxış etməyə çalışacaqlar. Nəzərə alsaq ki, “Sevilya” yaxşı formada deyil və artıq qrupdan çıxmaq üçün iddiaları yoxdur, çətin ki, sensasiya yarada bilsinlər.

Bizim proqnozumuz “Mançester Siti”nin fora (-1) ilə qələbəsidir – 1.65

Ardıcıl 8 qələbə qazanan “Mançester Siti” bu mövsüm evdə heç bir oyunda xal itirməyib. Aydındır ki, bu gün də “şəhərlilər” bu qələbə seriyasını davam etdirməyə çalışacaqlar. “Sevilya”nın müdafiədə nə qədər zəif oynadığını və heyətdəki itkilərini nəzərə alsaq, “şəhərlilərin” ən azı 2 qol vuracaqlarını düşünürük.

İkinci mərcimiz “Mancester Siti”nin 2 qollu qələbəsidir – 1.61

BUKMEKERLƏR NƏ DEYİR?

Dəqiq hesab: 3:1 – 10.00

“Sevilya” 2-ci hissədə qol vuracaq – 2.65

“Mançester Siti” hər iki hissədə qol vuracaq – 1.71