
Bu il noyabrın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları ötən ilin eyni dövrünə nisbətən 10,8% artaraq 7 milyard 803 milyon ABŞ dollarına yüksəlib.
İndex.az bu barədə AMB-yə istinadən xəbər verir.
Qeyd edək ki, Mərkəzi Bankın valyuta ehtiyatları bu ilin doqquz aylıq göstəricisi ilə müqayisədə 1,8 %, ilin əvvəli müqayisədə isə 10,3 % artıb.