“Liverpul” – “Napoli”: 23.75 əmsallıq PROQNOZ

Bu gün saat 23:00-da Çempionlar Liqasının qrup mərhələsinin son turunda “Liverpul” və “Napoli” üz-üzə gələcək. İlk turda Neapolda darmadağın olan “Liverpul” doğma meydanda bunun əvəzini çıxa biləcəkmi? Cavabı bizim proqnozumuzdadır.

LİVERPUL

“Liverpul” bu həftə sonu “Lids”ə 2:1 hesabı ilə uduzaraq daha bir gözlənilməz məğlubiyyət aldı. Bu məğlubiyyət onların evdə 15 matçlıq məğlubiyyətsizlik seriyasına son qoydu. Premyer Liqada qalib olmaq şansları getdikcə azalan liverpullular 12 turdan sonra 9-cu pillədə qərarlaşıb ki, bu da komandanı gələn mövsüm Avrokuboklarda oynamaq hüququndan məhrum edə bilər.

Meydan sahibləri 12 turda 4 qələbə qazanıb və 4 heç-heçə edib. Hal-hazırda 16 xalı olan “Liverpul” liderdən 13 xal geri qalır. Vaxtilə keçilməz hesab olunan “Liverpul”un müdafiə xətti bu mövsüm dəhşətli səhvlərə yol verir – təkcə Premyer Liqada “qırmızılar” qapısında 15 top görüb.

Çempionlar Liqasında Yurgen Klopp baş məşqçi postunda bu gün 100-cü oyununa çıxacaq və 100 oyun səddinə çatan ilk alman olacaq. Son 13 ev matçının 9-da “Liverpul”un qalib gəldiyini və rəqibin də asan olmadığını nəzərə alsaq, bizi maraqlı qarşılaşma gözləyir. Klopp 100-cü oyununu qələbə ilə qeyd etmək istəyəcək.

İtkilər: Artur, Luis Diaz, Dioqo Jota, Nəbi Keyta, Joel Matip

NAPOLİ

“Napoli” qrup oyunlarında maksimum nəticə göstərərək, liderliyi ələ keçirdi. Neapollular “Liverpul” üzərində ilk turda 4:1 hesablı qələbədən sonra ən azı 4 top fərqi ilə uduzsalar, birinciliyi əldən verə bilərlər. 5 turdan sonra “Napoli”nin 5 qələbəsi və 15 xalı var.

Həftə sonu “Sassuolo” üzərində 4:0 hesablı qələbə onu sübut edir ki, Luçiano Spalletti bu mövsüm futbol dünyasına tam başqa bir “Napoli” bəxş edir. Son 13 matçda qalib gələn neapollular İtaliya çempionatında da liderdilər. Onlar “Seria A”da 12 turdan sonra məğlubiyyət üzü görməyiblər. 12 oyunda 10 qələbə, 2 heç-heçə. 12 turdan sonra 30 xal toplayan “Napoli” rəqib qapılarına 30 qol vurmağı da bacarıb.

İtkilər: Əmir Rrəhmani

PROQNOZ

Hər iki tərəf bu oyuna ÇL-in pley-offuna vəsiqəni təmin edərək çıxır. Bu da gənclərə şans verilməsinə şərait yaradır. Çox güman ki, bu oyunda açıq futbol və bol qollu nəticə bizi gözləyir.

Bizim proqnozumuz hər iki komandanın qol vuracağıdır – 1.47

Digər tərəfdən, bu oyunda hər şey gözlənilmədən baş verəcək. Hesab edirik ki, risk edib oyunun heç-heçə bitəcəyini mərc etməyə dəyər. Çünki rəqiblər 1 aydan artıqdır heç-heçə oynamırlar.

İkinci mərcimiz heç-heçədir – 3.86

BUKMEKERLƏR NƏ DEYİR?

Dəqiq hesab: 2:2 – 23.75

Hər iki hissədə qol olacaq – 1.87

Sarı vərəqə cəmi – 4.5 ÜST (1.82)

Künc zərbələrinin cəmi – 9.5 ALT (1.81)