Bu ilin yanvar-sentyabr ayları ərzində ölkədə mənzillərin ən çox girov qoyulduğu ərazilər Bakı, Abşeron və Sumqayıtdır.
İndex.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinindən bildirilib.
Qeyd edilib ki, bütün girov qoyulan mənzillərin 92,6%-i bu üç ərazi idarəsinin payına düşür.
Ölkənin regionlarında isə mənzillərin ən çox girov qoyulduğu bölgələr 3 saylı Gəncə, 17 saylı Yevlax, 13 saylı Şirvan ərazi idarələrinin xidmət dairəsində yerləşən şəhər və rayonlar üzrə müəyyən olunub. Mənzillərin ən az girov qoyulduğu bölgələr isə 14 saylı Şamaxı (14 müqavilə), 9 saylı Qəbələ (14 müqavilə) və 11 saylı Şəmkir (23 müqavilə) ərazi idarələridir.
Mənzillərin ən çox girov qoyulduğu bölgələr
Sıra № | Ərazi İdarələri | İpoteka müqaviləsinin sayı | Ölkə üzrə göstəricidə payı
(faizlə) |
1. | 1 saylı Bakı Ərazi İdarəsi | 21601 | 73.5% |
2. | 4 saylı Abşeron Ərazi İdarəsi | 3298 | 11.2% |
3. | 2 saylı Sumqayıt Ərazi İdarəsi | 2297 | 7.8% |
4. | 3 saylı Gəncə Ərazi İdarəsi | 898 | 3.1% |
5. | 17 saylı Yevlax Ərazi İdarəsi | 423 | 1.4% |
6. | 13 saylı Şirvan Ərazi İdarəsi | 221 | 0.8% |
Ölkə üzrə | 29375 | 100% |