Cari ilin 9 ayı ərzində ən çox torpaq sahəsinin girov qoyulduğu ərazilər sırasında ilk üçlüyü müvafiq olaraq 5 saylı Xaçmaz, 1 saylı Bakı və 4 saylı Abşeron ərazi idarələri tamamlayır.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinindən bildirilib.
Qeyd edilib ki, torpaqların ən az girov qoyulduğu bölgələr isə 8 saylı Cəlilabad (156 müqavilə) və 15 saylı Tovuz (170 müqavilə) ərazi idarələridir.
Torpaq sahələrinin ən çox girov qoyulduğu bölgələr
Sıra № | Ərazi İdarələri | İpoteka müqaviləsinin sayı | Ölkə üzrə göstəricidə payı
(faizlə) |
1. | 5 saylı Xaçmaz Ərazi İdarəsi | 1529 | 17.1% |
2. | 1 saylı Bakı Ərazi İdarəsi | 1440 | 16.1% |
3. | 4 saylı Abşeron Ərazi İdarəsi | 1070 | 12.0% |
4. | 3 saylı Gəncə Ərazi İdarəsi | 524 | 5.9% |
5. | 2 saylı Sumqayıt Ərazi İdarəsi | 471 | 5.3% |
6. | 11 saylı Şəmkir Ərazi İdarəsi | 446 | 5.0% |
Ölkə üzrə | 8946 | 100% |
Mənbə – Trend