Bu il meşə fındığı ixracından 71 milyona yaxın gəlir əldə edilib

Bu ilin sentyabr ayında Azərbaycan 9,6 milyon ABŞ dolları dəyərində meşə fındığı ixrac edib.

İndex.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın oktyabr sayına istinada bildirir ki, bu, 2021-ci ilin sentyabr ayı ilə müqayisədə 2,2 milyon ABŞ dolalrı və ya 18,6 % azdır.

2022-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan 70,7 milyon ABŞ dolları dəyərində meşə fındığı ixrac edib ki, bu da 2021-ci ilin 9 aylıq göstərəciləri ilə müqayisədə 14,8 milyon ABŞ dolları və ya 26,5 % çoxdur.

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın ümumi ixracı 29,5 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac 2,1 milyard ABŞ dolları təşkil edib.