Noyabrın ilk gününün havası necə olacaq?

Noyabrın 1-nə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var.

Arabir güclənən şimal-qərb küləyi axşam mülayimləşəcək.

Mənbə – APA