“Başəkşəhər” – “Giresunspor”: 10.00 əmsallıq – PROQNOZ

Bu gün 21:00-da Türkiyə Super Liqasının 12-ci turunda “Başakşəhər” doğma meydanda “Giresunspor”u qəbul edəcək. Qələbə kimin olacaq? Cavabı proqnozumuzda.

BAŞAKŞƏHƏR

“Başakşəhər” üçün mövsümün ilk yarısı uğurlu keçir. Həm ölkə çempionatında, həm də Konfrans Liqasında komanda layiqli mübarizə aparır. Super Liqada lider “Fənərbağça”dan 6 xal geri qalsalar da, bu gün keçirəcəkləri oyun da daxil olmaqla Əmrə Bələzoğlunun komandası “sarı kanarya”dan 2 oyun az keçirib. Yəni qazanacaqları 2 qələbə onları liderliyə ortaq edə bilər. Konfrans Liqasında qrup mərhələsinin 5-ci turunda “Fiorentina”ya 1:2 hesabı ilə uduzsalar da hələ də öz qruplarında 10 xalla liderliyi qoruyub saxlayırlar. Bununla yanaşı, pley-offa vəsiqəni də artıq təmin ediblər.

GİRESUNSPOR

“Giresunspor” üçün isə vəziyyət heç də yaxşı deyil. Belə ki, komanda liqada keçirdiyi 10 oyundan cəmi 2-də qələbəyə sevinib. Qalan 8 oyundan 5-də məğlub olan giresunlular 3-də meydandan sülh ilə ayrılıb. 10 oyunda 9 xal toplayan “Giresunspor” düşmə zonasındadır. Bu gün alacaqları məğlubiyyət onları dibə çəkəcək. Lakin qazanacaqları bir qələbə giresunluları düşmə zonasından çıxara bilər. Son turda “Ankaragücü” ilə görüşdə (1:1) xal itirən Hakan Keleşin yetirmələrinin çətin İstanbul səfərində “Başakşəhər”ə qarşı qələbəsi inandırıcı deyil.

PROQNOZ

“Başakşəhər” avrokubok görüşündə çox güc itirdi. Amma fiziki cəhətdən kifayət qədər yaxşı hazırlaşıblar və liderə yetişmək şansının varlığı onlara əlavə motivasiya və güc verəcək. “Giresunspor” “Başakşəhər”ə qarşı İstanbulda heç vaxt xal qazana bilməyib və qonaqların bu il göstərdikləri bərbad oyun onların yenidən uğursuz oynayacaqlarını göstərir. Klubların heyəti arasında keyfiyyət fərqi çox böyükdür. Çətin ki, qonaqlar uzun müddət bərabər səviyyədə müqavimət göstərə bilsin. İnanırıq ki, bu axşam ev sahibləri sakitcə qalib gələcəklər.

Bizim proqnozumuz – Başakşehirin fora (-1) ilə qələbəsidir – 2.51

İstanbullular doğma meydanda öndə çox aqressivdir. Qonaq komandanın müdafiəsindəki uğursuzluqları nəzərə alsaq, “Başakşəhər” bir neçə qolla qalib gələ bilər. Bununla belə, “Girəsunspor”un itirəcək heç nəyi yoxdur və bu oyunda əllərindən gələni edəcəklər. Fikrimizcə, bu gün açıq oyun izləyəcəyik. Bu isə oyunu bol qollu edəcək.

İkinci mərcimiz – 2.5 ÜST (2.00)

BUKMEKERLƏR NƏ DEYİR?

Dəqiq hesab: 3:0 – 10.00

Başakşehir ikinci yarıda qol vuracaq – 1.50

İkinci hissədə qol cəmi – 1.5 ÜST (2.28)