
Bu gün Bakının Suraxanı rayonunda su kəsiləcək
İndex.az xəbər verir ki, Bakının Suraxanı rayonunun Əmircan qəsəbəsindən keçən magistral su kəmərində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar bu gün rayonun bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.