Bu gün səhər saatlarında Sumqayıt şəhəri İsmət Qayıbov küçəsini su basıb.
İndex.az xəbər verir ki, kanalizasiya sularının yola axması nəticəsində yolu su basıb və bu, nəqliyyat vasitələrinin hərəkətində problemlərə səbəb olub.
Sumqayıt şəhər İcra Hakimiyyətinin mətbuat katibi Eyvaz Qocayev Oxu.Az-a açıqlamasında bildirib ki, yağış kollektorunda tutulma olub:
“Hazırda “Azərsu” ASC-nin əməkdaşları tutulmanı aradan qaldırmaq üçün tədbirlər görürlər”.
“Azərsu” ASC-dən verilən açıqlamada isə hadisə barədə Sumqayıt Sukanal İdarəsinə məlumat verildiyi bildirilib.
Həmin görüntüləri təqdim edirik: